“Gəlin, polislərə dəstək olaq, çünki işləri çoxdur” - Ziyafət Əsgərov

Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. Avtosfer.az xəbər verir ki, Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər. Çünki qanunvericilyimiz ikili vətəndaşlığı qadağan edir. Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. “Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi. Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb: “Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir. Gəlin, çıxışlarımızı elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələrə qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz. Ona görə çıxışlarımızda yenilik olsa yaxşı olardı”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












