Gəlini sevgilisiylə qoşulub qaçan rəis işdən çıxarıldı

Daxili işlər orqanlarında yeni təyinat olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Nazirin digər əmri ilə Balakən Rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov tutduğu vəzifədən azad edilərək, Laçın Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Avtosfer.az bakipost.az-a istinadən bildirir ki, bir müddət əvvəl Məhəmməd Kərimovun oğlunun nişanlısı Günay Məmmədovanın başqa oğlana qoşularaq qaçdığı ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib. Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Daha sonra isə oğlanın yaşadığı evin polis mühasirəsində olduğu, qızın geri qaytarılmasının tələb olunduğu bildirilir.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












