Gənc polislər and içdi - FOTOLAR

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlcə Ulu ÖndərHeydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra müdavimlər sıra meydanında öz yerlərini tutaraq polis andı içiblər. Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.
Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını çatdırıb.
Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.
Elmin


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












