General polis maşınını çəkicləyən şəxsdən danışdı: «Hələ ayılmayıb» - VIDEO

Bakıda sürücünün yol polisi avtomobilinə hücum etməsi ilə bağlı məsələ geniş rezonans doğurub. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov «Qafqazinfo"ya açıqlamasında bildirib ki, yol polisinin avtomobolinə çəkiclə zərər yetirən Şahin Bəylərov saytlarda yazıldığı kimi sürücü deyil: «Bu adam içkili vəziyyətdə olub, hələ də ayılmayıb. Barəsində artıq cinayət işi açılıb. Onun ayılmağını gözləyirik. Bilinmir ki, hadisəni niyə törədib. Adam Sulutəpədəndir. Hazırda faktla bağlı araşdarma gedir».
General həmçinin qeyd edib ki, sözügedən şəxs dövlət əmlakını ziyan vurduğuna görə məsuliyyətə cəlb olunacaq.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus «BMW» markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisəni törədən Ş. Bəylərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












