General Həsən Şirinov sərt danışdı: Nə olsun ki, mənim bacım oğludur?

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin keçmiş rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinov bacısı oğlu Cahangir Əliyevin məhkəmənin qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilməsi məsələsinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, Həsən Şirinov ölkə.az-a açıqlamasında deyib ki, qanun qarşısında hər kəs eyni məsuliyyət daşıyır: "Qanunu pozan şəxsin mənim bacım oğlu və ya övladım olması onların məsuliyyətdən yayınmasına heç bir əsas vermir. Azərbaycan hüquqi dövlətdir, burada hamı qanunların tələblərinə əməl etməlidir. Bu cür hallarda mənim adımın hallandırılması doğru deyil. Bilirsiniz, hər bir adam haqqında danışmamışdan, yazmamışdan öncə gərək onun barəsində dəqiq məlumatlar öyrənilsin. O zaman həmin adamların buna layiq olub-olmaması bəlli olacaq. Hər kəs öz əməlinə görə cavabdehdir. Nə olsun ki, kimsə mənim bacım oğludur? Məgər bu onun məsuliyyətdən yayınmasına əsas verir? İndi qardaş qardaşa, ata övladına cavabdeh deyil. Mənim haqqımda kim nə yazırsa, yazsın. Quru divar palçıq götürməz. Əgər bacım oğlu qanunun tələblərinə əməl etməyibsə, o zaman gedib qanun qarşısında cavab verməlidir. Mən hər zaman qanunun tərəfindəyəm, kim doğrudursa, onun yanındayam, haqq-ədalətin tərəfindəyəm. Əgər məndə qanunu pozsam, onun cəzasını çəkməyə hazıram. Mən qanunun tələblərinə əməl edən adamam. Azərbaycanda qanunların əsas gözəlliyi odur ki, indi kim günahkardırsa, kim qanunu pozubsa, o məsuliyyət daşıyır. Daha Sovet İttifaqı dövründə olduğu kimi, sırf atanın əməlinə görə oğul və ya digər qohumlar məsuliyyətə cəlb olunmur. Nə qədər adam tanıyıram ki, oğlu həbsxanada olsa da, ata vəzifəsində qalır. Çünki hər kəs öz əməli qarşısında məsuliyyət daşıyır”.
Polis generalı övladlarının da qanunun tələblərinə əməl etdiyini söyləyib: "Əgər mənim oğlum qanunun tələblərini pozsa, mən onun məsuliyyətdən yayınmasına əngəl olaram. Əgər oğlum doğrudan da qanunu pozsa, gedib cəzasını çəkər. Əgər cənab Prezidentimiz deyirsə ki, hamı qanunun tələblərinə əməl etməlidir və heç bir vəzifə onları məsuliyyətdən yayındıra bilməz, deməl bu belə də olmalıdır. Hər kəs bu dövlətə xidmət etməli və cənab Prezidentin ətrafında sıx birləşməlidir”.
"Nurgün Motors”un prezidentinin oğlu Nurxan Əliyevlə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları arasında baş verən insidentə də toxunan Həsən Şirinov bu hadisədən xəbərsiz olduğunu söyləyib: "Hələlik bu barədə məlumatsızam”.
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO










