Gizli yol patrul xidmətləri bütün yollarda - VİDEO

Artıq gizli yol patrul xidmətləri tək Bakıda deyil, ölkənin bütün avtomobil yollarında da fəaliyyət göstərir. Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Şöbə rəisi sürücülərə bununla bağlı xəbərdarlıq edib. Onların hansı ərazilərdə dayanmaları və sayları barədə məlumat verilmir. Amma üzərində sayrışan işıq və heç bir yazı olmayan avtomobildə iki əməkdaş və bir kamera var. Qayda pozan istənilən sürücünün hərəkəti həmin kamera vasitəsilə qeydə alınır və mərkəzi sistemə ötürülür. Bundan sonra qaydanı pozan sürücünün ünvanına elektron protokol göndərilir. Bu qayda eynilə rayonlarda da belə olacaq.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, gizli yol polisinin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib.
Qeyd edək ki, gizli yol polisinin, qaydaları pozan sürücünü saxlayıb ona qarşı hər hansı bir cərimə yazmaq səlahiyyəti yoxdur. Hətta avtoxuliqanlıq edən sürücü belə aşkar edildikdə gizli patrul avtomobili ona heç bir müdaxilə edə bilməz. Sadəcə olaraq faktı videogörüntü ilə qeydə aldıqdan sonra, ərazi üzrə yol polislərinə məlumat verir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












