Banner

Göyçayda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO - VİDEO

Yol polisi 31 May 2025 18:19 Oxunub 1610
Göyçayda “Təmiz hava”  aylığı ilə əlaqədar tədbir keçirilib - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib.

 Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh