Hamı yol polisinin bu görüntülərindən danışır - Kim kimi vurub? - VİDEO

Bir neçə gündür ki, yol polisinin piyadanı vurması görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntüdən belə anlaşılır ki, yol polisi sürücülərdən birini qəsəbədə qovarkən yolu keçmək istəyən piyadanı vurub. Bu zaman qəsəbə sakinləri yol polisinə hücum edərək ona və patrul maşınına zədələr yetiriblər. Baki Şəhər Dövlət Yol Polis İdarəsi isə baş verənlərin tam əksini deyir.
Qeyd edək ki, bu görüntülər təxminən 10 gün əvvəl paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində lentə alınıb. Bir qrup qəsəbə sakini ''99-YP-288'' dövlət nömrə nişanlı patrul avtomobilinin sürücüsü ilə mübahisə edir. Səbəb kimi isə sakinlər iddia edirlər ki, yol polisi qəsəbədə sürücünü qovarkən yolu keçmək istəyən piyadanı vurub.
Hadisədən sonra bir qrup qəsəbə sakini polisə təzyiq edib. Görüntüdə kişilər polis avtomobilini yumruqlayır, qadınlar isə polis əməkdaşını vururlar..
Sözügedən hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirlərə səbəb oldu. Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi bölməsinin rəisi Vaqif Əsədov qeyd etdi ki, əslində hadisə sakinlər tərəfindən çəkilən kadrlardakı kimi deyil. Bölmə rəisi bildirdi ki, ərazidə xidmət aparan yol polisləri minik maşınlarından birinin sürücüsünü sərxoş olmasını ehtimal edərək ona saxla işarəsi veriblər. Polisə tabe olmayan sürücü qəsəbəyə girib. Bunu görən qəsəbə sakinlərindən biri özünü maksimum sürəti saatda 20 olan patrul avtomobilinin qarşısına atıb. Həmin an hətta yol polisinin avtomobilindəki ''videoregistrator''a da düşüb.
Patrul avtomobilindəki görüntüdə hadisədən dərhal sonra yol polisinin maşından düşüb yaralıya yardım etməsi də əks olunub. Amma əraziyə yığılan sakinlər yol polisinə müqavimət göstərirlər.
Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin olaraq şübhəli şəxs qismində bir neçə hadisə iştrakçısı saxlanılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












