"Hava şəraiti dəyişəcək" - DYP-dən HAVA XƏBƏRDARLIĞI - VİDEO

"Meteoroloji proqnozlara əsasən, qarşıdakı günlərdə ölkəmizin bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.
Baş Dövlət Yol Polisi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib.
“Sürücülərdən xahiş edirik ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorusunlar, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinib yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər, zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar”, - qurumdan bildirilib.
Piyadalara tövsiyə olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər, qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












