Havanın dəyişməsi fəsadlara səbəb oldu – DYP-dən SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - VİDEO

Dağlıq və dağətəyi rayonlarda yağan qar artıq yollarda bir sıra fəsadlar yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin ehtimala görə “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.
"BDYPİ şaxtalı hava ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə, bir daha sürücülərə müraciət edərək, onları şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki-təhlükəsizlik baxımından köhnə, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən nəqliyyat vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, buzlu yollarda sükan arxasına əyləşməməyə çağırır", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO











