Həm idmanda, həm də cinayətkarlıqla mübarizədə öz sözünü deyən zabit - FOTO

Müstəqillik əldə etdikdən sonra ölkəmizdə böyük idman tədbirlərinin keçirilməsi ənənə halını alıb. Biz təkcə idmanda yox, həyatın bütün sahələrində uğurlar qazanmaqla yanaşı, dünya tarixinə mədəni, elmi və ədəbi töhfələr verən, böyük tarixi şəxsiyyətlər yetirən, adı, imzası bəlli olan bir xalq kimi də dünyanın diqqətini cəlb edirik. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.
Belə gənclərdən biri də Sabunçu RPİ-nin əməkdaşı, polis leytenantı Bəxtiyar Abbasovdur. O, 1985-ci ildə Xocavəndin Qaradağlı kəndində dünyaya göz açıb. Ta uşaqlıqdan kiçik çiyinlərində Vətən adlı dərdin yükünü çəkib Bəxtiyar. İdmana başlayanda 8 yaşı vardı. İşin ağırından yapışıb, gücünə də güvənib, səbrinə də. İllər keçdikcə püxtələşib, məşqlərdə bişib, dəfələrlə “Sambo” idman növündə dünya və avropa çempionu olub.
O, 5 ildən çoxdur ki, peşəkar MMA döyüşlərində çıxış edir. Təkcə titullarına diqqət yetirsək, onun idmanın hansı pilləsində qərarlaşdığını görə bilərik. PROFC-GPG çempionu, pankra-tion üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya və Avropa çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə dünya kubokunun qalibi, Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu, sambo və cüdo növləri üzrə idman ustası…
Bəxtiyarın, onun qardaşlarının adı gələndə gözlərimiz önünə ən yüksək arenalarda dalğalanan üçrəngli bayrağımız gəlir. Bilirik ki, hansı yarışda onlar varsa, demək, orda qalibiyyət bizimdir. Polis leytenantı idmanda sözünü deməklə yanaşı, bu gün cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında da vəzifə borcunun öhdəsindən layiqincə gəlir.
B.Abbasov “Ən yaxşılarla döyüş ki, yaxşıların yaxşısı olasan” devizinə hər zaman sadiqdir və bütün döyüşlərində bunu sübut edir. Qaydasız döyüşdə indiyədək 16 döyüş keçirən Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca qələbə ilə başa vurub.
Yeri gəlmişkən, yola saldığımız ötən ilin sonlarında Cüdo üzrə keçirilən DİN çempionatındakı şəxsi birincilik yarışlarında (90 kq) qalib olub.
Həmkarımız idmanda qazandığı uğurlarına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda medal”la təltif edilib.
Könül Nəbizadə,
Sabunçu RPİ-nin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













