"Hətəmpaşa"nın tanışlarından pul alan polisin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Zamir Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə qərar elan olunub. Qərara əsasən, Z.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Z.Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib. İttihama əsasən, 1980-ci il təvəllüdlü Z.Hüseynov həbs olunana kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. Həmin vaxt o, Dəmirova Ayla Altay qızının ("Hətəmpaşa") qəsdən öldürülməsi faktı üzrə Səbail Rayon Prokurorluğunda Şahlar Əliyev haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə araşdırma aparıb. Z.Hüseynov 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar qətlə yetirilən A.Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşındakı nömrələrə baxış keçirib. O, "Hətəmpaşa" ilə telefonda danışan və onunla görüşən kişiləri polis bölməsinə çağırıb, xidməti otağında onlara hədə-qorxu gələrək külli miqdarda pul alıb. Cinayət işi üzrə 10-dan çox zərərçəkən olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












