İçki içdikdən nə qədər sonra maşın sürmək olar? - DYP cavablandırdı

Yol polisi 6 Fevral 2026 18:00
İçki içdikdən nə qədər sonra maşın sürmək olar? - DYP cavablandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sərxoş vəziyyətdə avtomobil idarə etmək hələ də bəzi sürücülər üçün adi hal kimi görünür.

Sərxoş halda sükan arxasına keçən sürücülər təkcə öz həyatlarını deyil, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini ciddi risk altına qoyur. Onlar tez-tez az miqdarda içki qəbul etdiklərini və ya sərxoş olmadıqlarını iddia edərək öz davranışlarını yüngülləşdirməyə çalışırlar. Yol polisi tərəfindən aparılan reydlər zamanı sərxoş sürücülər qanun qarşısında cavabdeh olur və məsuliyyətə cəlb edilir. Bəzi sürücülər isə reyd zamanı içkini əvvəlki günlərdə içdiklərini bildirirlər.

Həkimlər bildirirlər ki, spirtli içki qəbul etdikdən sonra maşın sürmək risklidir. Az miqdarda spirtli içki içilmişsə, sürmədən əvvəl ən azı 4–6 saat gözləmək tövsiyə olunur. Daha çox spirt qəbulu zamanı bu müddət 8–12 saata qədər uzana bilər. Sıfır risk üçün isə həkimlər növbəti günə qədər maşın sürməkdən çəkinməyi məsləhət görürlər.

Sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün qanında və ya nəfəsində  qanunveriliciyə müvafiq miqdarda spirt aşkar edildikdə, bu hal hüquqi məsuliyyət yaradır:

“Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyin konkret saatla ölçülən vaxtı yoxdur. Qanunvericiliyinə əsasən, sürücünün qanında və ya nəfəsində  qanunveriliciyə müvafiq miqdarda aşkar edildikdə bu hal hüquqi məsuliyyət yaradır.  Spirtli içkilər diqqət, reaksiya və qərarvermə qabiliyyətini zəiflədir, bu isə yol-nəqliyyat hadisələri riskini artırır”./cebhe.info

Oxunub 1452
ŞƏRH YAZ
Ad

E-mail

Şərh