İsmayıllıda narkoman sürücü saxlanıldı; sərnişindən marixualna aşkarlandı
Yol polisi
29 May 2024 10:14

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ə.Novruzov işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib.
Nəticədə Ə.Novruzovun marixuana istifadə etdiyi müəyyən edilib. Həmçinin, avtomobildə sərnişin qismində olan S.Məmmədovdan marixuana aşkar edilərək götürülüb.
Sürücü barəsində protokol tərtib olunub, S.Məmmədov isə maddi sübutla birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub 890
DİGƏR XƏBƏRLƏR
14 Yanvar 2026 09:54
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
13 Yanvar 2026 21:36
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
13 Yanvar 2026 10:09
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
12 Yanvar 2026 17:06
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
12 Yanvar 2026 10:23
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
12 Yanvar 2026 09:48
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO
10 Yanvar 2026 15:30
Abşeron polisi gecə reydi keçirdi; narkomanlar, “avtoş”lar və axtarışda olanlar saxlanıldı - FOTO - VİDEO
9 Yanvar 2026 21:36
Bakıda yol polisi məmuru saxlayıb PPX çağırdı - Məhkəmə bəraət verdi
9 Yanvar 2026 15:00
Hər bir yol nişanı hərəkətin təhlükəsizliyinə xidmət edir - Rövşən Tağıyev
9 Yanvar 2026 13:00
Təcrübəli sürücülərin törətdiyi qəzaların sayı açıqlandı - FOTO
9 Yanvar 2026 10:06
"Qaydaların pozulması ölümlə nəticələnir" - DYP-dən ÇAĞIRIŞ
8 Yanvar 2026 11:00
Bakıda yolkəsənlik edən sürücü DYP tərəfindən saxlanıldı; üzr istədi - VİDEO
ŞƏRH YAZ











