İdmançı polis əməkdaşları yüksək hazırlıq göstərdilər - FOTO

Daxili işlər orqanlarında şəxsi heyətin fiziki, xidməti-peşə və döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə müvafiq tədbirlər görülür. Bu sırada asudə vaxtın düzgün təşkili məsələsinə də xüsusi diqqət yetirilir. Belə tədbirlərdə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları komanda oyunlarında, idmanın ayrı-ayrı növlərində bacarıqlarını artırırlar.
Bu yaxınlarda Gənclər və İdman Nazirliyinin Qusar rayon idarəsinin təşkilatçılığı ilə Qusar Rayon Olimpiya İdman Kompleksində ölkəmizin tanınmış idmançısı, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Fikrət Qardaşovun xatirəsinə həsr olunmuş mini futbol üzrə açıq rayon birinciliyi keçirilib. Bir ay davam edən birinciliyə dekabrın 20-də yekun vurulub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, turnirdə iştirak edən Qusar RPŞ-nin idmançı əməkdaşlarından ibarət komanda ilk oyunlardan öz fəallığı ilə seçilib, keçirdiyi bütün qarşılaşmalarda inamlı qələbə qazanıb. Final mərhələsinə vəsiqə qazanan polis idmançıların rəqibi Mərkəzi Kitabxana komandası olub. Həlledici görüşdə təmsilçilərimiz hesabı açsa da, sonradan hesab bərabərləşib. Qalibi müəyyən etmək üçün penal zərbələri təyin olunub. Yekunda Qusar RPŞ-nin komandası turniri ikinci pillədə başa vurub.
Komandaya diplom təqdim olunub.
Nizam Həmidov,
polis leytenantı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
















