İmişlidə "Qazel" sürücüsü şlaqbaumu polislərin üstünə aşırıb qaçdı

İmişli rayonunda yola qoyulmuş şlaqbaumun üstündən keçən sürücü iki nəfər polis əməkdaşına xəsarət yetirib. Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib. Belə ki, istimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda dayanmış iki nəfər polis əməkdaşı ərazidən keçən avtomobillərin hərəkətini tənzimləyirmişlər. Göyçay sakini idarə etdiyi ”Qazel” markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən yola qoyulmuş şlaqbauma əhəmiyyət verməyərək üzərindən keçib. Bu zaman şlaqbaum təhlükəsizliyi təmin edən iki nəfər polis əməkdaşı - rayonun Sarıxanlı kənd sakini, 32 yaşlı Elsevər Yusif oğlu Hüseynli və Muradxanlı kənd sakini, 28 yaşlı Əkbər Bakir oğlu Əsgərova dəyib və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü isə aradan çıxıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.
Rayon polis əməkdaşları tərəfindən isə əməliyyat tədbirlərinin keçirilməsi nəticəsində sürücü saxlanılıb.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












