“İŞİD”in hədəfində Azərbaycan polisi - DİN-dən açıqlama olacaq

Atatürk hava limanında baş verən son terrordan sonra İŞİD-in yeni hədəf ölkələri müəyyənləşib. “Milliyet” aparılan əməliyyatlar nəticəsində Suriyaya sıxışan İŞİD-in Avropa və Türkiyədə yeni terror planları həyata keçirmək üçün döyüşçülərini Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyə başladığını yazır. Bundan başqa, İŞİD-in son zamanlar azərbaycanlı və Şimali Qafqaz döyüşçüləri vasitəsilə Türkiyə və Azərbaycanda terror həyata keçirməyi planlaşdırdıqları qeyd edilir. Əldə edilən digər məlumata görə, Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri olacaq.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya yayılan məlumatdan xəbərdar olduğunu deyib. O bildirib ki, günün sonuna qədər nazirliyin məsələ ilə bağlı mövqeyi mətbuata açıqlanması gözlənilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












