Kamran Əliyev: “Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

Bir neçə gündür ki, mətbuatda avtomobillərin üzərində “satılır” elanının yazılmasının qadağan edilməsi ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, belə bir açıqlama Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin adından yayılıb. Ekspertlər isə bu qadağaya etiraz edərək, bunun hər hansı hüquqi əsasının olmadığını bildiriblər. Belə ki, şəxsin öz maşınını satması kommersiya fəaliyyəti hesab olunmadığından "Reklam haqqında" qanunun tələbləri ona şamil oluna bilməz.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”ın müxbiri mətbuatda gedən təndiqlər və müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxlayıb. Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: “Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?... Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












