Keçmiş məhkum polisi iş başında bıçaqladı

Dünən axşam saatlarında Neftçala şəhərindəki H.Cavid parkında xidməti vəzifəsini yerinə yetirən Neftçala Rayon Polis Şöbəsi post-patrul xidmətinin əməkdaşı Nicat Nağıyev bıçaqlanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə anadan olmuş Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar. Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub. Çiynindən və qıçından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












