Keçmiş polisdən nazirə təşəkkür

Birinci qrup əlil, Qarabağ müharibəsi veteranı, keçmiş polis əməkdaşı Mətləb Məmmədov bir müddət öncə Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət edərək ağır şəkər xəstəsi kimi qıçının birinin amputasiya olunduğunu, damarları əməliyyat olunmayacağı təqdirdə ikinci ayağının da amputasiya təhlükəsi ilə üz-üzə qaldığını bildirmiş, dəstək göstərilməsini xahiş etmişdi.
(Həmin müraciəti bu linkdən oxumaq olar---moderator.az/news/111851.html)
Təqdirələyiq haldır ki, hər zaman saytımızda rəhbərlik etdiyi qurumla bağlı gedən yazılara şəxsən diqqət göstərərək operativ reaksiyası ilə seçilən Ramil müəllim bu dəfə də çox böyük qayğıkeşlik sərgiləyərək keçmiş polis əməkdaşının bu harayına da biganə qalmadı, Mətləb Məmmədovun həyatda qalması üçün əlindən gələni əsirgəmədi. Elə M. Məmmədovun israrlı xahişi ilə onun DİN rəhbərinə minnətdarlıq məktubunu təqdim edirik:
Azərbaycan Respublikasının Daxili İşlər Naziri polis general-polkovniki cənab Ramil Usubova
Minnətdarlıq məktubu
Çox hörmətli cənab nazir, Möhtərəm Ramil Usubov! Səhhətimlə bağlı Sizə müraciət etmişdim. Sol ayağımı itirmişəm, sağ ayağımı isə itirməklə üz-üzə idim. Mənə həm mənəvi, həm də maddi dayaq oldunuz.
Arif Heydərov adına DİN-nin Hospitalında çox yaxşı şəraitdə, isti və mehriban münasibət əhatəsində yüksək səviyyədə müayinə və müalicə olundum. Sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında əməliyyat olundum. Ağır və uğurlu əməliyyatdan sonra indi evdə nəvəmin yanındayam və özümü əla hiss edirəm.
Cənab nazir, Möhtərəm Ramil müəllim! Başda Siz olmaqla DİN-in mətbuat xidmətinin rəisi polis-polkovniki Sadiq Gözəlova, DİN-in Tibb İdarəsinin rəisi tibbi xidmət polkovniki Mahmud Yusifova, Hospitalın rəisi tibbi xidmət polkovniki Ramiz Əkbərova, Hospitalımızın radioloji həkimi tibbi xidmət kapitanı Əli Əliyevə, cərrah tibb xidmətinin baş leytenantı Vüsal Eminova minnətdaram. Nə yaxşı ki, həyatda bizim doğma nazirliyimizdə belə insanlar var. Şəxsən Sizə təkar olaraq mənə maddi və mənəvi kömək göstərdiyiniz üçün dəfələrlə minnətdaram. Sizə can sağlığı, uzun ömür arzulayıram.
Sizə hörmət bəsləyən keçmiş polis starşinası, müharibə veteranı, birinci qrup əlil Məmmədov Mətləb Yusif oğlu
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












