Kişi sürücülər ən çox bu qaydanı pozur - Vaqif Əsədovdan açıqlama

“Sürücülər ən çox dayanma-durma tələblərini və təhlükəsizlik kəmərlərindən istifadə qaydalarını pozurlar”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
V.Əsədov qeyd edib ki, xanımlar təhlükəsizlik kəmərindən istifadədə diqqətlidirlər: “Tərtib edilmiş protokollara nəzərə salanda görürük ki, təhlükəsizlik kəmərindən istifadə etməyən kişi sürücülər üstünlük təşkil edir. Dayanma-durma tələblərinin pozulmasında isə kişilər və qadınlar arasında say nisbəti eynidir”.
Bölmə rəisi sürücülərin kateqoriyalara bölünməsinə qarşı olduğunu vurğulayıb: “Ümumiyyətlə, sürücülərin kateqoriyaya bölünməsinin vətəndaş, sürücü və polis olaraq əleyhinəyəm. Çünki qanunvericiliklə qiymətləndirəndə sükan arxasında olan hər kəs sürücü hesab edilir. Bilərəkdən və ya bilmədən törədilən xəta inzibati xəta hesab edilir və kimliyindən asılı olmayaraq xəta törədən şəxs məsuliyyətə cəlb olunur. Yəni, sükan arxasında olan qadın, kişi tələblərə uyğun hərəkət etməlidir”.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










