Komendat saatının tətbiqi zamanə qayda pozanlar aşkarlandı - VİDEO - FOTO
Sentyabrın 28-i 00:00-dan etibarən ölkə ərazisində hərbi vəziyyət elan olunsa da, qaydaları pozanların sayı az deyil. Bu gün tətbiq edilən komendat saatı zamanı qayda pozan, icazəsiz küçəyə çıxan xeyli sayda vətəndaş saxlanılıb.

Avtosfer.az xəbər verir ki, komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.
Bakıda qurulan komendant postlarında apardığımız müşahidələr göstərdi ki, təxminən saat 21.30-dan 22.00-dək şəhərdə tam sakitlik müşahidə olunur. Yəni, saat 21.00-da postlarda saxlanılaraq yoxlanılan nəqliyyat vasitələrində onlarla sürücü və sərnişinin icazəsiz küçəyə çıxdığı aşkar edilib. Yol-patrul və post-patrul xidmətlətinin, Çevik Polis Alayının və Daxili Qoşunların silahlı əməkdaşları postlarda vətəndaşların sənədlərini nəzakətlə yoxlayır, onlara komendat saatının tətbiqinin mahiyyətini izah edir, vətəndaşları qaydalara əməl etməyə çağırırlar.

Təəssüf ki, onlarla vətəndaşın icazəsiz küçəyə çıxdığı da aşkarlandı. Onların bir çoxuna birinci dəfə xəbərdarlıq edildi, bəzilərinin isə sənədləri olmadığl üçün şəxsiyyətini müəyyən etmək üçün polis bölmələrinə aparıldılar.

İcazəsiz saxlanılanlar arasında taksi sürücüləri çoxluq təşkil edirdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov komendat saatı qaydalarını pozan vətəndaşlarla söhbət aparıb, onları qaydalara əməl etməyə çağırıb. Bildirib ki, qoyulan qaydalar təhlükəsizlik üçün vacibdir. Hər bir vətəndaş da bu qaydalara əməl etməklə dövlətə dəstəyini ifadə etmiş olar.

Vətəndaşlar işdən gec çıxdıqlarını, qaydalardan xəbərsiz olduqlarını deyərək məsuliyyətdən yayınmağa çalışlasalar da, polis onların hər biri barəsində qanuna müvafiq qaydada tədbir gördü.

Qeyd edək ki, saat 22.00-da artıq şəhərdə tək-tük maşın gözə dəyirdi. Küçədə gəzən vətəndaşlara isə rast gəlinmirdi.
Avtosfer.az nəzarət buraxılış postlarından görüntüləri təqdim edir:

Elməddin
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR

















































