Köməyə birinci polislər çatdı – 50-dən çox sakin xilas edildi

Daha bir binada yanğın əhalini vahiməyə saldı. Yenə də əhalinin təhlükəsizliyi, əmin-amanlığı üçün fədakarlıqlar göstərən Azərbaycan Polisi xidməti vəzifə borcunun yerinə yetirilməsi yolunda xidməti anda sədaqətini bir daha təsdiq etdi. Aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binanın qarşısından keçəndə, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları - polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşdılar. Sakinlər vahimə içərisində idi. Polis əməkdaşları təcili Alayın və RPİ-nin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər verdilər.
Alayın komandanlığından verilən əmrdə təcili bir-bir evlərə gedib yatan, hadisədən xəbərsiz sakinləri oyatmaq, azyaşlı körpələri, qoca, kimsəsiz, özü yeriməyə imkanı olmayan insanları xilas etmək tapşırıldı.
Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birincilər sırasında çatdı. Ətrafı qatı zil qara tüstü bürümüşdü. Necə deyərlər, göz-gözü görmürdü. Polislər əleyhqazı geyərək sakinləri təxliyyə etməyə başladılar.
Polislər axırıncı mərtəbəyə qədər sürətlə qalxıb bütün evlərin qapılarını döyüb evdəkiləri xəbərdar etdilər. Tezliklə yanğının binanın kabel şaxtasında yaranmış problemlə əlaqədar olmasını müəyyən edildi.
Ümumilkdə 50 nəfərdən çox sakin xilas edildi. Onların arasında 8 nəfər azyaşlı da var idi. Həmsöhbət olduğumuz polis serjantı İbrahim Məmmədov: "Valideynlərdən biri evdə uşağının qaldığını deyib. Özü düşsə də, usagı götürə bilməmişdi. Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi… Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb, ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənməyə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı.
Zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı respublika Toksikologiya mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə yazılıblar. Amma əməkdaşlarımız o müdhiş hadisənin belə səhəri yenə xidmətə çıxmışdılar.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis serjantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












