Avtosfer.az | Reklam
Koronavirusdan vəfat edən yol polisi polkovnikinin VİDEOSU
Yol polisi 29 İyul 2020 00:42 Oxunub 8382
Koronavirusdan vəfat edən yol polisi polkovnikinin VİDEOSU

Bir neçə gün əvvəl Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov haqqında video yayılıb. İzləyicilər İlham Rəcəbov haqqında xoş sözlər yazıblar. 
Qeyd edək ki, İlham Rəcəbov Daxili İşlər orqanlarında uzun illər fəaliyyət göstərib. Gənc yaşlarından öz əməli fəaliyyəti ilə hər kəsin sevgisini qazanıb. Eyni zamanda böyük hörmət sahibi olan polkovniki tanıyanlar onun çox sadə, səmimi biri olduğunu bildirib. 
İnsanlara qarşı qayğıkeş olan polkovnik onu sevənlərin ürəyində hər zaman yaşayacaq. 
Xatırladaq ki, rəis müavini bir ay əvvəl koronavirusa yoluxmuşdu. Müalicəsi Azərbaycanda davam edirdi. Lakin son günlər vəziyyəti pisləşdiyi üçün Türkiyəyə aparılıb. Amma həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Polkovnik elə qardaş Türkiyədə dəfn olunub. Allah rəhmət eləsin!

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh