Laçın RPŞ-də bayram tədbiri keçirilib - FOTO

İyulun 2-də Laçın Rayon Polis Şöbəsinin inzibati binasında Azərbaycan Polisinin peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirə guşəsi və şəhidlərin fotostendi önünə gül dəstələri düzüblər. Sonra akt zalında davam etdirilən tədbirdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Adil Əsədov şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 99 yaşı tamam olur. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda, beynəlxalq standartlara uyğunlaşdırılır. Rəis çıxışında ölkə və DİN rəhbərliyinə göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlığını ifadə edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin 1695 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda Milli Qəhrəman adına, habelə orden və medallara layiq görülənlər var.
açın polisi də Vətən uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, 43 nəfər şəhid olub, 3 nəfər "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb, 4 nəfər "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub, onlardan ikisi hazırda xidmətini davam etdirir.
Sonda şəhid ailələrinə maddi köməklik göstərilib, xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














