“Ləyaqətsiz” sözü “Polis haqqında” qanundan çıxarılır

Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclisə göndərilən “Polis haqqında” qanuna dəyişiklik edilir. Milli Məclisdən Modern.az-a verilən məlumata görə, qanuna ediləcək dəyişikliyə görə, 28-ci maddənin IV hissəsindən, 33-cü maddənin I hissəsinin 3-cü bəndindən və 34-cü maddənin I hissəsinin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılacaq. Mövcud qanunvericiliyə əsasən, 28-ci maddənin IV hissəsində (Polis əməkdaşının xidmətə qəbul edilməsi) göstərilib ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.
33-cü maddənin I hissəsinin 3-cü bəndində (Polis əməkdaşının məsuliyyəti) qeyd edilib ki, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
34.-cü maddənin I hissəsinin 9-cu bəndində (Polis əməkdaşının xidmətdən xaric edilməsi) göstərilib ki, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən polis әmәkdaşları daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












