Masallı DYP tərəfindən maarifləndirmə işi aparılır - VİDEO

Masallı rayonu Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində “Diqqət uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçiriblər. İlk olaraq rayon ərazində və bir neçə kənddə orta məktəblərin yaxınlığında müşahidələr aparılıb, ordakı vəziyyət öyrənilib, çatışmazlıqlar aradan qaldırılıb. Bir neçə məktəbin yaxınlığında piyada keçidləri çəkilib, yol nişanları quraşdırılıb.
Bu barədə Avtosfer.az-a məlumat verən Masallı rayonu Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı İkram Məmmədov bildirib ki, bu cür tədbirlər davam etməkdədir. Artıq bu günə qədər 10-a yaxın məktəbdə tədbirlər həyata keçirilib. 3 məktəbdə şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirilib. Görüşlərdə uşaqların yol-nəqliyyat hadisələrindən qorunması ilə bağlı tövsiyələr verilib. Valideyinlərə azyaşlı uşaqları nəzarətsiz buraxmamaları bildirilib. Müəllimlərin yol-hərəkəti qaydaları ilə bağlı şagirdlərə mütəmadi olaraq məlumatları verməsinin vacibliyi vurğulanıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ








































