Maşın qaçırıb polisə xəsarət yetirən şəxs tutuldu - FOTO

Nəsimi rayonunda yaşayan vətəndaş Əhməd Məmmədova məxsus "VAZ 2102” markalı avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumat daxil olan kimi DİN Növbətçi Hissələrin İdaraetmə Xidməti (NHİX) Təhlükəsiz Şəhər Xidmətinin (TŞX) kameraları vasitəsilə avtomobilin paytaxt ərazisində axtarışına başlanılıb. İyulun 1-i səhər saatlarında TŞX əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin Yasamal rayonu Nəriman Nərimanov prospekti ilə hərəkətdə olması aşkar edilib və həmin avtomobilin izlənilərək saxlanılması üçün aidiyyəti üzrə digər polis orqanlarına məlumat verilib. Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Nəsimi rayonu Rəşid Behbudov küçəsində saxlanılan zaman sürücü avtomobildən düşərək qaçıb. Cinayət törədən şəxsin təqibini davam etdirən Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti Bölüyünün (PPXB) əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsi təqib edən zaman, o üzərində gəzdirdiyi kəsici alətlə polislərdən birinə xəsarət yetirib. Amma polis yaralı olmasına baxmayaraq çevikliyi sayəsində həmin şəxsin təqibini davam etdirərək onu zərərsizləşdirməyə nail olub və aidiyyəti üzrə Nəsimi RPİ-nə təhvil verib.
İdarədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş Ağdaş rayon sakini Qabil Nağıyev olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












