Maşın yol polisinin üstündən keçdi - Ağdaşda

Ağdaş rayonunda yol polisi əməkdaşını minik avtomobili vurub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 245 km-də, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində, heyvan bazarının qarşısında qeydə alınıb. Rayonun Ləki qəsəbə sakini Ələsgər Daşdıyev idarə etdiyi 19-BB-772 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən heyvan bazarının qarşısında avtomobillərin sıxlığı səbəbindən yolu tənzimləyən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı, 1986-cı il təvəllüdlü Qasımov Emin Şakir oğlunu vurub. Avtomobil Emin Qasımovun ayağının üstündən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













