Maşına qadağan olunan işıq quraşdırıb “sağ-sol” edən sürücü CƏRİMƏLƏNDİ - RƏSMİ - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-RH-930 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, sürücü yol boyu “sağ-sol” edib şou göstərən sürücü yalnız dumanlı havada istifadəsinə icazə verilən işıqları yandırıb və maşının damına konstruksiyada nəzərdə tutulmayan işıq cihazı quraşdırıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən qayda pozuntusunu törədən İmişli rayon sakini A.Qarayev müəyyən edilərək imişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Nərmin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










