Maşında danışmağa görə cərimə yoxdur və olmayacaq da - DYP - VİDEO

Son günlər sürücülərin sükan arxasında diqqəti yayındıran söhbət etməsi, yaxud digər hərəkətlərin inzibati məsuliyyət yaratması, cərimə tətbiqi ilə bağlı məsələlər gündəmdədir. Yol polisi bununla bağlı açıqlama versə də hələ də mövzu gündəmdən düşmür və müxtəlif istiqamətlərə yozulur. Belə ki, bəzən sadəcə yumor olaraq, yaxud digər istiqamətlərdə paylaşılan videolar və fotolar cəmiyyətdə düzgün qarşılanmır. Ümumiyyətlə yol hərəkəti qaydalarına aid olmayan məsələlərin də gündəmə gətirilməsi əhalidə çaşqınlıq yaradıb. Bütün bunları nəzərə alaraq Avtosfer.az saytı bir daha məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək rəsmi cavab alıb. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yayılan söhbətlərin əsası yoxdur. "Son vaxtlar bəzi mətbuat orqanlarında guya sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yalnış informasiya yayılıb. Bu barədə heç bir qanun qəbul edilməyib. "Nə belə bir qanun qəbul olunub, nə də sürücülərin sükan arxasında danışmasını qadağan edən müddəa var. Əlbətdə hər kəs sükan arxasında sərbəstdir və sürücü sərnişinlə söhbət edə bilər. Bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı bu günə qədər heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib. Bundan sonra da cəlb edilməyəcək. İstənilən halda sürücünün diqqəti yolda olmalıdır”.
Kamran Əliyev bildirib ki, bəzi şəxslər sözügedən məsələni çərçivədən çıxarır və başqa-başqa istiqamətlərə yönəldir. “Bir daha bildiririk ki, sükan arxasında su içmək, danışmaq, musiqiyə qulaq asmaq qanunla qadağan deyil. Heç kimə buna görə cərimə tətbiq edilməyib və edilməyəcək. Əgər kimsə belə bir hal ilə qarşılaşıbsa o zaman bizə müraciət etsin, məsələ araşdırılsın.”
K.Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu günə qədər cərimə tətbiq edilmədiyi kimi bundan sonra da olmayacaq. “Çox istərdik ki, bu söz-söhbətlərə son qoyulsun. Ümumiyyətlə sürücülər sükan arxasında olarkən diqqətli olsunlar. Bu ən əvvəl onların öz təhlükəsizliyi üçündür. Qanunvericilik də sürücünün və sərnişinin təhlükəsizliyinin təmini üçündür.
Sürücülərin diqqətinə onu da çatdırırıq ki, təkcə bu ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən piyada vurma, toqquşma və maneəyə vurma kimi ağır yol qəzalarının əksəriyyəti məhz sürücülərin diqqətinin yayınması səbəbindən baş verib. İnsanların ölümü və xəsarət almaları ilə nəticələnən qəzaların qarşısının alınması, habelə ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə hərəkət iştirakçılarının, xüsusilə sürücülərin nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur”.
Elməddin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










