Maşında oturub sürücünü təhqir edən yol polisinin günahı təsdiqləndi – FOTO

Bir neçə gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Baş Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olmasıyla bağlı yazı dərc etmişdik. Bildirmişdik ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi "Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub. Avtosfer.az bakipost.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi K. Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb. Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: "Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb.
Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydalarının tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.
Xatırladaq ki, Əhəd Abıyev dünən ölkə.az saytına müsahibə verərək, qardaşı oğlunun heç bir günühaının olmadığını, Ramil Rzayevin ona şər atdığını deyib: "Həmin Ramil Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil? Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra heç bir fakt tapılmır və həmin Ramil Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO












