Maşının təkəri partladı, sürücü DYP postuna üz tutdu... - VİDEO

Dünən Baki-Sumqayıt yolunda “Opel Vectra” markalı, 10 TT 504 dövlət nömrə avtomobil hərəkətdə olarkən arxa təkəri zədələnib. Çarəsiz durumda qalan sürücü Telman Fərəcov vəziyyətdən çıxmaq üçün “Ekologiya postu”na yaxınlaşıb. O, burada avtomobilin zədələnən təkərlərini sökərkən BDYPİ YPXA-nın Ekoloji nəzarət bölüyünün – “Ekologiya postu”nun iki əməkdaşı – baş serjant Mehdi Ağayev və serjant Vasif İsmayılov ona yaxınlaşıb. Bütün bu proseslər Avtosfer.az-ın əməkdaşının gözü qarşısında baş verib. Yol polisi əməkdaşları sürücüdən nə baş verdiyini öyrəndikdə məlum olub ki, avtomobildə ehtiyyat təkər yoxdur. Sürücü yaxınlıqda təkər təmiri yerinin olmadığını öyrəndikdə isə Sumqayıtda dostuna zəng edərək kömək istəyib. Lakin yol polisləri ona daha asan və daha tez köməklik göstərib. Belə ki, DYP əməkdaşları yoldan keçən “Mercedes” markalı avtomobili saxlatdıraraq “Opel”in sürücüsünə kömək lazım olduğunu bildiriblər. Həmin sürücü də köməyə hazır olduğunu deyib və onu təkər təmiri yerinə çatdırıb.
Sürücü Telıman Fərəcov baş verənləri Avtosfer.az-a belə danışıb: “Mən o yoldan tez-tez istifadə edirəm. “Ekologiya postu” ilə heç vaxt problemim olmayıb. Maşının təkəri partladı, mən də düşündüm ki, ən təhlükəsiz yer post olar. Ora yaxınlaşıb maşının təkərini sökəndə yol polisləri yaxınlaşdılar. Bildirdim ki, “zapas” təkərim yoxdur. Onlar da, sağ olsunlar, başqa bir maşını saxlatdırıb mənə kömək etdilər. Yol polislərinə də, həmin sürücüyə də təşəkkür edirəm. Mənə heç bir təmənna güdmədən kömək etdilər. Tıxac vaxtı o yolda qalmaq çox çətin işdir. Amma mən qısa zamanda təkəri təmir edib yoluma davam etdim. Buna görə yol polislərinə təşəkkür edirəm”.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















