Maşınından zəhərli qaz çıxan 427 sürücü cərimə olundu - FOTOLAR

Azərbaycanda Dövlət Yol Polisinin avqustun 1-dən keçirdiyi «Təmiz hava» aylığı davam edir. Avtosfer.az-ın məlumatına görə, aylıq çərçivəsində Bakı-Sumqayıt yolunda yerləşən «Ekologiya postu»nda mütəmadi tədbirlər həyata keçirilir. Dünən əməkdaşımız postda olub və burada avtomobildən ixrac olunan zəhərli qazların hansı formada ölçülməsi və sürücülərlə nə kimi iş aparılması ilə maraqlanıb. Postun komandiri, polkovnik-leytenant Fuad Mayılov bildirib ki, avqustun 1-dən 17-dək 427 sürücü barəsində inzibati protokol tərtib olunub. Həmin sürücülər arasında elələri olub ki, avtomobildən zəhərli qazların ixracı normadan 6-7 dəfə artıq olub: «Post ərazisində cərimələrin tətbiqi ilə yanaşı maarifləndirmə işləri də aparırıq. Bəzi sürücülər bu yoxlamanının mahiyyətini bilmirlər. Biz onlara izah edəndən sonra başa düşürlər və gedib avtomobildəki nasızlığı aradan qaldırırlar. Elə vaxtlar olur ki, həmin sürücülər yenidən posta gəlib maşını yoxlatdırırlar və bir növ, nümunə göstərmiş olurlar».
Postda olduğumuz müddətdə bir neçə sürücü könüllü şəkildə maşını saxlayaraq yoxlanılması üçün inspektorlara müraciət etdi. Məlum oldu ki, bu hallar tez-tez baş verir. Hər gün 5-10 sürücü posta gələrək maşını yoxlatdırır. Hansında problem varsa sürücüyə məlumat verilir və onlar da bu nöqsanları aradan qaldırırlar.
Ümumilikdə isə post komandirdi bildirdi ki, əvvəlki illərə nisbətən hazırda ekologiyaya ziyan vuran avtomobillərin sayında azalma var. Bu da sürücələrin həm maariflənməsi, həm də daha müasir avtomobillərə üstünlük verməsi ilə bağlıdır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















