Maşınların nömrəsi belə hazırlanır - DYP həmin otağı nümayiş etdirdi - VİDEO

Dövlət qeydiyyat nişanlarının üzərindəki defis işarəsinin pozulmasına görə dövlət nömrə nişanının dəyişdirilməsinə ehtiyac yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıq və avadanlıqlar verməklə yol polislərinin rayon şöbələri təlimatlandırılıb. Sürücülər bir ay ərzində istənilən rayonun yol polis şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, stasionar postlarda, hətta yollarda xidmət aparan bəzi patrul avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bu zaman heç bir ödəniş tələb edilmir.
Çəkiliş apardığımız zaman da şahidi olduq ki, bir çox avtomobilin nömrə nişanında defis işarəsi ağ rəngdədi. Halbuki, bu, qanunla qadağandır.
Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində nömrələrin hazırlandığı otaqda çəkiliş apararkən müəyyən etdik ki, çap prosesində defisin ağ qalması mümkünsüzdür. Çünki nömrənin üzərində həriflər və rəqəmlər yazıldıqdan sonra o, nömrə tanınma cihazından qeydiyyatdan keçirilir. Əgər nömrədə hanısa bir çatışmazlıq varsa, o, cihazda tanınmır.
Onu da qeyd edək ki, yol polisi belə sürücülərə gələn ayın 12-ə qədər vaxt verib ki, avtomobillərinin nömrə nişanını standartlara uyğunlaşdırsınlar. Əks halda 50 manat məbləğində cərimə ediləcəklər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














