Məhkəmə polis həmkarını öldürənin istəyini rədd edib

Polis həmkarını öldürdükdən sonra yandıran Ravil İbayevin kassasiya şikayətinə baxılıb. 2015-ci il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkar edilib. Araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub. M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
R.İbayev dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş tərəfin şikayətindən sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 1 il də artıraraq 20 ilə qaldırıb. R.İbayev isə qərardan kassasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyib. Ali Məhkəmə onun istəyini rədd edib və qərarı qüvvədə saxlayıb.

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












