Məhkumluq arayışını bir kliklə əldə edə bilərsiniz! - DİN-dən yenilik - VİDEO

Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir.
DİN-dən Avtosfer.az-a bildirilib ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış”ı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.
Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə indiyədək təqribən 1 günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.
Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.
Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












