Məhşur iş adamı şou-biznes ulduzlarına görə YPX əməkdaşını döymək istədi

Bir neçə gün öncə Masallı rayonunda DYP əməkdaşı və tanınmış şou-biznes ulduzlarının iştirakı ilə qalmaqallı hadisə baş verib. Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlama əmri verilib. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib. Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağrılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran "Viləş" otelinin sahibi, məşhur iş adamı Hacı Mazan kimi tanınan Ramazan Zeynalova zəng edib.
Hacı Mazan hadisə yerinə gələrək onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. Masallı rayon YPX əməkdaşları hadisə ilə bağlı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etsələr də, Hacı Mazanın adını eşidən şöbə rəhbərliyi YPX əməkdaşına susmağı tövsiyyə ediblər.
Qeyd edək ki, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. Hacı Mazanın oğlu Bayram Zeynalov isə hazırda Sumqayıt şəhər Dövlət Yol Polisi idarəsinin rəisidir.
editor.az
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR










