"Mercedes"i sürüyən evakuator sürücüsü ikiqat cəzalandırıldı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda evakuatorun avtomobili sürüyə-sürüyə aparması ilə bağlı yayılan görüntülərə münasibət bildirib. İdarənin bölmə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yedəyəalma qaydalarını pozduğuna görə sürücü barəsində inzibati xəta haqqında potokool yazılıb və o, 40 manat məbləğində cərimə edilib. Bundan əlavə, həmin sürücü martın 16-da qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə hərəkət etdiyi üçün də inzibati məsuliyyətə cəlb olunub. Bu dəfə ona 100 manat və 4 bal cərimə yazılıb: "Görünür, sürücü bu cəzadan nəticə çıxarmayıb və yenə qayda pozub. Bu dəfə ona həm inzibati cərimə yazıldı, həm də işdən çıxarıldı".
Kamran Əliyevin sözlərinə görə, avtomobilə hər hansı ziyan dəyibsə sürücü məsələ qaldıra bilər və dəymiş ziyan evakuator sürücüsü tərəfindən ödənilməlidir.
Qeyd edək ki, görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində lentə alınıb. Dayanma durma qaydasını pozan sürücünün "Mercedes" markalı, 10 LP 445 dövlət nömrə nişanlı avtomobilini Dövlət Yol Polisi İdarəsinin evakuatoru cərimə meydançasına aparıb. Amma evakuatorun heyəti heç bir təhlükəsizlik qaydasına əməl etməyiö. Avtomobilin təkəri dönmüş vəziyyətdə olsa da, evakuator sürücüsü onu hərəkətin intensiv olduğu yolda sürüyə-sürüyə aparıb.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












