Banner

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Yol polisi 14 İyul 2025 19:48 Oxunub 1794
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər DYP İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb. 

BŞDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh