Mülkü şəxsin sürdüyü DYP avtomobilini vurdular - Bakıda

İyulun 17-də, saat 12:48 radələrində Azadlıq prospektində kiçik yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsinə məxsus «KİA» markalı avtomobili başqa bir minik avtomobili vurub. Azadlıq prospektində üzü şəhər istiqamətində hərəkət edən avtomobillərin qarşısına qəflətən 10 AP 199 dövlət nömrə nişanlı DYP avtomobili çıxıb. Üzü şəhər istiqamətində dayanmış həmin avtomobil yolayrıcında qoşa xətti keçərək üzü Binəqədi rayonu istiqamətində manevr etməyə çalışıb. Avtosfer.az-ın əməkdaşı həmin avtomobilin sayrışan işıqlardan istifadə edərək qayda pozduğunu gördükdə avtomobili saxlayaraq yol verib. Soldakı digər iki avtomobil də dayanaraq ona yol verib. DYP avtomobili hərəkətə başlayan zaman ən sol zolaqla sürətlə hərəkət edən ağ rəngli minik avtomobili DYP maşını ilə burun-buruna gəlib. Qəza nəticəsində avtomobillərə elə də ciddi ziyan dəyməyib. Lakin digər avtomobilin sürücüsü DYP maşınındakı mülkü geyimli sürücüyə etirazını bildirib və onu qayda pozmaqda günahlandırıb.
Bir daha qeyd edirik ki, DYP avtomobilinin sayrışan işıqları yanırdı. Lakin sürücü yolda təhlükəsizliyə tam əməl etmədiyi üçün kiçik toqquşma baş verdi.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












