Narahatlıq doğuran statistika - ölən, yaralanan, qayda pozanlarla bağlı

Yanvarın əvvəlindən fevralın 16-a qədər baş vermiş yol-qəza hadisələrində piyadaların avtomobillərlə vurulması halları çox ciddi narahatlıq doğurur və ciddi tədbirlərin görülməsini zəruri edir. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə məlumat verib. O bildirib ki, qeyd olunan müddət ərzində Bakı şəhərində yol-nəqliyyat hadisələrində 22 nəfər həyatını itirib ki, bunun da 13-ü piyadalardır. Piyadalarla bağlı həyata keçirilən zəruri tədbirlər davam etdirilir. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı qeyd edilən tarix ərzində ümumilikdə yol polisi əməkdaşları tərəfindən 91,625 inzibati protokol tərtib edilib. Eyni zamanda 22,753 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib. Bundan əlavə mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 74,848 protokol tərtib edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












