Narkotik çəkib maşın sürən daha bir şəxs TUTULDU - FOTO
Yol polisi 14 Yanvar 2022 14:28 Oxunub 650
Narkotik çəkib maşın sürən daha bir şəxs TUTULDU  - FOTO

Quba  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Belə ki, rayon sakini Fərhad Hacıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. F.Hacıyev  RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. 
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh