Banner

Nasaz maşını görən yol polisi üzünü çevirib getdi - 50-BB-343 - VİDEO

Yol polisi 19 Avqust 2022 15:28 Oxunub 7754
Nasaz maşını görən yol polisi üzünü çevirib getdi - 50-BB-343 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda texniki cəhətdən nasaz avtomobili görən yol polisi əməkdaşı istiqaməti dəyişərək oradan uzaqlaşıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 10-da baş verib. Belə ki, texniki cəhətdən tamamilə yararsız, dönmə işıqları, arxa stopları yanmayan, qapıları sallaq, şüşələri sınıq halda idarə olunan “VAZ-21011” markalı, 50-BB-343 dövlət nömrə nişanlı avtomobil Parlament prospektində hərəkətdə olan zaman onun arxasınca DYP avtomobili gəlib. Keçmiş Əzizbəyov parkının yanında DYP avtomobili istiqaməti dəyişərək “yeriyən tabut”u sanki görməyib.

Qeyd edək ki, belə nasaz avtomobillər yollarda ciddi təhlükədir. Onların çıxdaş edilməsi nəzərdə tutulsa da, Dövlət Proqramının icrası gecikir. Amma bu o demək ki, kim istəsə bu cür avtomobillərlə yola çıxıb təhlükə yaratmalı, yol polisi də ona göz yummalıdır...

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh