Nazir Baş DYP-də böyük dəyişiklik etdi - Rəis müavini getdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin Avtosfer.az-a verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tuturdu.
Ramiz Hüseynov uzun illərdir DYP sistemində çalışır. Yol hərəkəti təhlükəsizliyi və sürücülərin inzibati məsuliyyəti ilə bağlı qanunların işlənib hazırlanmasında rolu olub. DYP ilə bağlı qanunların qəbulunda yaxından iştirak edib, Milli Məclisin iclaslarında deputatların suallarını cavablandırıb.
Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq!
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












