Nazir həbs olunan rəisi işdən qovubmuş - "Polis deyil"

Daxili İşlər nazirliyinin mətbuat xidməti Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunda rəis, polis pokovniki Fərhad Məmmədxanovun həbsi ilə bağlı açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, adı çəkilən şəxs hazırda daxili işlər orqanlarının əməkdaşı deyil: “Həmin xəbərdə “polis polkovniki” kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. Həmin şəxs təxminən 6 ay əvvəl - bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, cənab nazirin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.
Xatırladaq ki, məlumata görə, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanlı işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsəində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












