Nazir nöqsanlara yol verən rəisi işdən qovdu

Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu gün Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev işdən çıxarılıb. Avtosfer.az xəbər verir ki, bu barədə moderator.az-a daxil olan məlumata görə, Anar Şıxəliyevin fəaliyyəti yoxlanılıb və o, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Bu günlərdə paytaxtın bir neçə bölmə rəislərinə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə xidməti fəaliyyətindəki nöqsanlara yol verdikləri üçün şiddətli töhmət verilib. Bu sırada Anar Şıxəliyevin də adı var. Bundan əlavə, Anar Şıxəliyev bir neçə ay əvvəl millət vəkili Zeynab Xanlarovanın gəlini onun avtomobilinə yol vermədiyinə görə qalmaqalla sonunclanan hərəkətə yol vermişdi, bu yaxınlarda isə tanınmış istirahət məkanlarının birində hadisə törətmişdi.
Onu da qeyd edək ki, Anar Şıxəliyev Sabirabadın keçmiş icra başçısı Vaqif Şıxəliyevin oğludur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












