Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Avtosfer.az xəbər verir ki, nazir əvvəlcə Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 356 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yol polisi tətildən qayıdan sürücülərə MÜRACİƏT ETDİ
Sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Bakı-Quba yolunda diqqətli olun: Yol polisi iş başındadır - VİDEO
Yol polisləri yağışda xidməti bu cür davam etdirirdi - Real görüntülər - VİDEO
Yağışlı hava şəraiti: polis küçələrdə nəzarəti artırdı - FOTO - VİDEO
Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır - VİDEO










