Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Avtosfer.az xəbər verir ki, nazir əvvəlcə İmişli rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 216 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Xəzər rayonunda ekoloji yoxlama zamanı sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Abşeronda avtomobillər yoxlanıldı; qayda pozanlara protokol TƏRTİB EDİLDİ - VİDEO
Nizamidə yol polisi ekoloji reyd keçirdi; 20-dən çox sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib - FOTO - VİDEO
Azərbaycanda sürücülər çətin vəziyyətə düşdü; balı çoxalanlar yeni çıxış yolu tapdı
Binəqədidə atmosferi çirkləndirən sürücülərə protokol tərtib olundu - VİDEO
Nərimanovda ekologiyanı çirkləndirən sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
DYP skuter istifadəçilərinə müraciət etdi
Yol polisi yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT!
Yol polisi piyada keçidlərinin ətrafında maarifləndirici tədbir keçirdi - FOTOLAR
Yol polisi uşaqlar arasında təbliğatı davam etdirir - FOTO








