Nazir Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - FOTOLAR

Martın 9-da Şimali Makedoniya Respublikasının daxili işlər naziri cənab Pançe Toşkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Avtosfer.az xəbər verir ki, nazir Pançe Toşkovski və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan general-polkovnik V.Eyvazov Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
O, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
P.Toşkovski rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə olunan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinin fəaliyyəti ilə tanış olublar.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO















